BaşlıcaSiyasət

Politoloq: “Sərhəd gərginliyi BMT Təhlükəsizlik Şurasında qətnamənin qəbuluna mane olmaq cəhdidir”

Ermənistan-Azərbaycan sərhədində baş verənlər birbaşa ATƏT MQ və Ermənistan və Azərbaycanın “3+2” formatında hazırlanmaqda olan qətnamə layihəsi ilə bağlıdır.

Həmin vasitəçilər BMT Təhlükəsizlik Şurasına təqdim etməyə hazırlaşırlar .Oxşar fikri “Erməni qurucu partiyası”nın sədri Andreas Ğukasyan “Radiolur”a açıqlamasında bildirib.

O, xatırladıb ki, həmin layihə üzrə müzakirələr 2015-ci ildə başlayıb, lakin 44 günlük müharibə onun bəzi müddəalarını dəyişib.

Ğukasyanın sözlərinə görə, Ararat Mirzoyan və Ceyhun Bayramov arasında bu günlərdə ATƏT-in Minsk Qrupunun vasitəçilərinin himayəsi altında Fransada keçirilən görüş əhval-ruhiyyəni aydınlaşdırmaq məqsədini daşıyıb.

“Beynəlxalq idarəçiliyi həyata keçirmək, bufer zona yaratmaq, Artsaxın statusu məsələsini referendum yolu ilə həll etmək üçün bunlar BMT Təhlükəsizlik Şurasında müzakirə olunacaq qətnaməyə daxil edilə biləcək əsas vurğulardır”-deyə Andreas Ğukasyan bildirib.

”Söz  ATƏT MQ həmsədrləri arasında razılaşdırılmış qətnamə layihəsindən gedir. Bu, uzun müddətdir müzakirə olunur.

Bu, nizamlanma paketinin tərkib hissəsi olan sənəd olub və Lavrovun plan qovluğuna daxil edilib.

Əlbəttə, 44 günlük müharibə vəziyyətə ciddi dəyişikliklər gətirdi və bu il ərzində Minsk Qrupu nizamlanmaya nail olmaq üçün Madrid prinsiplərində nəzərdə tutulanların həyata keçirilməsini nəzərdə tutan sənəd üzərində işləyir”.

Politoloq deyir ki, hazırkı mərhələdə həmsədrlər təhlükəsizlik təminatlarının yaradılması məqsədilə BMT mandatı altında beynəlxalq idarəetməni həyata keçirmək üçün bufer zonasının yaradılması məsələsində razılığa gəlirlər.

“Aydındır ki, beynəlxalq hökumət həmin referendumun keçirilməsi üçün şərait yaratmalıdır. Hadrut və Şuşi sakinlərinə öz evlərinə qayıtmaq imkanı verilməlidir. Referendumun keçirilməsi üçün son tarixlər gizli saxlanılır.

 Lavrovun müharibədən əvvəlki planı müddət təyin etməli deyildi, amma 44 günlük müharibə vəziyyəti dəyişdi və ola bilsin ki, müddət müəyyənləşib.

Ümumiyyətlə, beynəlxalq təcrübədə belə referendumların keçirilməsi üçün 5 il müddət nəzərdə tutulub.

Təmas xəttində baş verən təxribatları və gərginliyi nəzərə alsaq, qətnamənin hazırlandığı formada qəbul olunma ehtimalı nə dərəcədədir?

Andreas Ğukasyanın sözlərinə görə, qətnamə Ermənistan və Azərbaycanın razılığı ilə qəbul ediləcək, lakin Fransa və ABŞ Bakının etirazından asılı olmayaraq, onu BMT Təhlükəsizlik Şurasına təqdim edəcəkdir.

“Yaxın vaxtlarda Avropa Şurası atəşkəsi hansı tərəfin pozduğuna aydınlıq gətirəcək. Həmin ölkənin Azərbaycan olduğu bəlli olanda prosesi davam etdirmək üçün artıq Azərbaycanın rəyinə ehtiyac qalmayacaq.

Beynəlxalq prinsipləri pozan tərəfin səlahiyyətləri adətən ondan məhrum edilir”.

Paris görüşü, əslində, Ermənistan və Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsinə münasibətinə aydınlıq gətirmək məqsədi daşıyırdı. Yerevan və Bakı bir ay ərzində öz mövqeyini bildirməlidir.

Yəni bu ilin dekabrına kimi tərəflərin mövqeyi bəlli olacaq və bundan sonra vasitəçi ölkələr BMT çərçivəsində prosesi davam etdirəcək.

Həmsöhbətim əmindir ki, sənədin BMT Təhlükəsizlik Şurasında müzakirəsi Rusiya sülhməramlılarının iştirakı ilə mümkün olmayan münaqişənin həllinə imkan verəcək”.

“Ermənistan-Azərbaycan sərhədində insidentlərin artması Azərbaycanın təxribatlarla həmin prosesin qarşısını almağa çalışdığının sübutudur”.

44 günlük müharibənin əvvəlində, sentyabr ayında BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsinin həlli üçün qapalı fövqəladə iclas keçirməli idi, nəticədə qətnamə qəbul edildi, lakin bir qətnamə ilə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü tərəfindən   proses dayandırıldı.

 Həmin ölkələr beşdir: Rusiya, ABŞ, Çin, Fransa və Böyük Britaniya. Məhz bu ölkələrin qərarlara üzərinə veto qoymaq hüququ var.

Daha çox göstər
Back to top button