
Rusiya Ermənistan və Azərbaycan arasında vasitəçiliyini davam etdirəcək.
“Armenpress” xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Biz hələ də düşünürük ki, vəziyyəti sabitləşdirməyin yeganə yolu üçtərəfli bəyanatların həyata keçirilməsidir. Hesab edirik ki, bütün ölkələr ilk növbədə götürdükləri öhdəliklərə əməl etməlidir və bu, belə insidentlərin yenidən baş verməməsinin zəmanəti olacaq”, – Kremlin sözçüsü vurğulayıb.







