BaşlıcaBeynəlxalq

Avropa Parlamentinin deputatları mayın 12-də Azərbaycan qoşunlarının ER ərazisinə təcavüzünü pisləyib

Cənubi Qafqazın Avropa Parlamentindəki nümayəndə heyətinin rəhbəri Marina Kalurand, Ermənistan üzrə məruzəçi Andrey Kovaçev və Azərbaycan üzrə məruzəçi Jelina Jivko birgə bəyanatla çıxış ediblər.

 “Ermənistan-Azərbaycan sərhədində son zamanlar gərginliklə müşayiət olunan şiddətli döyüşlər bizi ciddi narahat edir.

İddia olunan təxribatlara cavab olaraq Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyat ötən il noyabrın 9-da əldə olunmuş atəşkəsdən sonra ən böyük pozuntudur və hələ ki, təsdiq edilməmiş sayda  hərbiçilər həlak olub, yaralanıb və əsir götürülüb.

Biz vəziyyətin tez bir zamanda deeskalasiyasına çağırırıq, Rusiyanın vasitəçiliyi ilə atəşkəs əldə etmək üçün Avropa Şurası sədrinin iştirakını alqışlayırıq.

Biz bir daha təkrar edirik ki, sərhəd mübahisələri güc tətbiq etməklə və ya birtərəfli hərəkətlə deyil, delimitasiya və demarkasiya yolu ilə danışıqlar yolu ilə həll edilməlidir.

 Biz mayın 12-də Azərbaycanın  Ermənistan Respublikasının ərazisiniə soxulmasından  sonra müşahidə edilən hər hansı “delimitasiya” cəhdlərini pisləyirik.

Biz 9 noyabr atəşkəs bəyanatında qeyd edildiyi kimi, bütün regiona böyük fayda verəcək iqtisadi və nəqliyyat əlaqələrinin açılmasını dəstəkləyirik.

Buraya Azərbaycanın Qərb rayonları ilə Naxicevan Muxtar Respublikası arasında olan əlaqə daxildir. Müvəffəqiyyətli olmaq üçün tərəflər müqavilənin mətninə əməl etməli və lazımsız şərhlərdən çəkinməlidirlər.

Bundan əlavə, Azərbaycan ərazisindən Ermənistanın şəhər və kəndlərini birləşdirən yollarda nəqliyyatın hərəkətinin pozulması, bu davranışın bəyanatın ruhuna zidd olması, yerli sakinlərin həyatına lüzumsuz müdaxilə etməsi barədə məlumatlardan narahatıq.

Beynəlxalq ictimaiyyətin çoxsaylı müraciətlərinə, o cümlədən Avropa Parlamentinin 2021-ci il mayın 20-də olan  qətnaməsinə baxmayaraq, çoxlu sayda erməninin hələ də həbsxanalarda qalmasına təəssüflənir, bununla bağlı Azərbaycan hakimiyyətinə müraciətimizi bird aha təkrar edirik.

 Biz mülki şəxslərin əvvəlki münaqişə zonalarına qayıtması üçün bütün mina sahəsi xəritələrinin dəyişdirilməsinə çağırışımızı təkrar edirik.

“Biz AB-nin etimadın möhkəmləndirilməsi tədbirlərini dəstəkləmək, danışıqlar masası arxasında istənilən məsələləri həll etmək, xüsusən də Minsk Qrupunun  həmsədrliyi ilə münaqişənin davamlı nizamlanması və Dağlıq Qarabağın gələcək statusu üzrə danışıqları bərpa etmək öhdəliyini bir daha təsdiqləyirik” – deyərək  bəyanatda bildirilib.

Daha çox göstər
Back to top button