BaşlıcaBeynəlxalqSiyasət

Avropa Şurası Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı bəyanat yaydı

Avropa Şurası Ermənistan-Azərbaycam sərhədindəki insidentlə bağlı narahatlığını ifadə edib. Bu barədə Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriçin bəyanatında qeyd olunur.

“Mən Ermənistanla Azərbaycan arasında insan itkiləri ilə nəticələnmiş insidentlə bağlı narahatlığımı ifadə edirəm. Atəşkəs barədə xəbəri alqışlayıram və tərəfləri atəşkəsə sadiq qalmağa çağırıram. Təşkilatımıza 20 il əvvəl qoşularkən Ermənistan və Azərbaycan münaqişəni dinc yolla həll etmək öhdəliyini qəbul etmişdi. Bu öhdəlik ciddi şəkildə icra olunmalıdır. Biz etimad yaratmaq və sülhün təşviqi məqsədilə iki dövlət arasında dialoqun təşkilinə kömək etməyə hazırdır “, – bəyanatda vurğulanıb.

Avorpa Şurasının baş katibi bəyan edib ki, Avropa Şurası ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərinə tam dəsətk edir.

Daha çox göstər
Back to top button