BaşlıcaSiyasət

ER Xİ naziri Ararat Mirzoyan həmkarları ilə tələfon danışığı aparıb

Noyabrın 16-da ER Xİ naziri Arart Mirzoyan Rusiyanın Xİ naziri Sergey Lavrov  ilə, noyabrın 17-də İşveçin Xİ naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde, eləcə də ABŞ Dövlət katibinin Avropa və Avrasiya üzrə müavin Kern Donfrid ilə telefon danışığı aparıb.

ER Xİ naziri Mirzoyan həmkarlarına noyabrın 16-da Azərbaycan silahlı qüvvələri tərəfindən Ermənistanın suveren ərazisinə qarşı hərbi əməliyyatlar nəticəsində yaranmış vəziyyəti təqdim edib.

Ararat Mirzoyan qeyd edib ki, əməliyyatlardan əvvəl Azərbaycanın ali rəhbərliyi aylarla Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə qarşı gücün tətbiq olunmasına dair təhdidlər və təcavüzkar retorika səsləndirib, eləcə də cari ilin mayın 12-də Azərbaycan silahlı qüvvələri Syunik və Geğarkunik bölgələri istiqamətində ER suveren ərazisinə daxil olub.

ER Xİ naziri vurğulayıb ki, regionda vəziyyətin deeskalasiyası və sabitliyin bərqərar edilməsi istiqamətində Ermənistanın göstərdiyi səylərə cavab olaraq Azərbaycan hakimiyyətləri ER suveren ərazisinə qarşı növbəti təcavüza əl atıblar.

Ararat Mirzoyan Azərbaycanın Ermənistan Respublikasının suveren ərazilərinə açıq təcavüzlərinin və təxribat xarakterli hərəkətlərinin qarşısını almaq üçün beynəlxalq tərəfdaşlar tərəfindən məqsədyönlü reaksiya verilməsinin və müvafiq tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb.

Tərəflər ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı altında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə də toxunublar. Bu kontekstdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona gözlənilən səfəri müzakirə olunub.

Tərəflər təcili həll edilməli olan humanitar məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Bununla bağlı Ararat Mirzoyan erməni hərbi əsirlərin, girovların və digər saxlanılan şəxslərin qeyd-şərtsiz vətənə qaytarılmasının vacibliyini vurğulayıb.

Daha çox göstər
Back to top button