BaşlıcaSiyasət

İran erməni-azərbaycan sərhədindəki gərginliyi region üçün təhlükəli hesab edir

İran erməni-azərbaycan sərhədində yeni hərbi əməliyyatlardan narahatdır. Bu haqda  İran Xarici işlər nazirliyinin mətbuat katibi  Səid Xətibzadə bildirib və hər iki ölkəni təmkinli olmağa, münaqişəni genişləndirməmək və daha da gərginləşdirməmək üçün diqqətli olmağa çağırıb.

Xətibzadə iki ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmətlə yanaşmağın vacibliyini vurğulayıb və tərəfləri problemləri dialoq və sülh yolu ilə həll etməyə çağırıb.

İran Xarici işlər nazirliyinin  mətbuat katibi regionda tədricən sülh və tərəqqi prosesi kontekstində mövcud gərginliyi təhlükəli adlandırıb.

O, İran İslam Respublikasının keçmişdə olduğu kimi, mübahisələrin həllində, regionda sabitlik və təhlükəsizliyin bərqərar olunmasında tərəflərə yardım etməyə hazır olduğunu bir daha təsdiq edib.

Daha çox göstər
Back to top button