
Noyabrın 17-də axşam saatlarında Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradov BakıdanYerevana gəlib.
Muradov Azərbaycan tərəfinin təhvil verdiyi bir erməni hərbiçinin nəşini gətirib.
Bundan əvvəl Rüstəm Muradovun silahlı insidentlərin qarşısının alınması mexanizminin hazırlanması üçün tərəflər arasında danışıqlar aparacağı bildirilirdi.
Söz Ermənistan-Azərbaycan sərhədində Rusiya sülhməramlılarının məsuliyyət zonasından kənarda vəziyyətin nizamlanması barədədir.







