
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendes noyabrın 16-da Azərbaycanın Ermənistanın şərq sərhədində təşkil etdiyi hücum nəticəsində erməni hərbçilərinin həlak olması və ya əsir götürülməsi ilə bağlı yayılan xəbərlərdən narahatlığını bildirib. Menendezin bəyanatı ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin “Twitter” səhifəsində yayılıb.
Menendes vurğulayıb ki, ABŞ-ın Azərbaycana hərbi yardımı etnik ermənilərə qarşı dəhşətli əməlləri mümkün edir.
“Azərbaycana hərbi yardımı dayandırmaq təklifimi qəbul etməyin vaxtıdır”,-deyə o qeyd etdi.
Xatırladaq ki, senator Bob Menendes ABŞ Konqresinə Türkiyə və Azərbaycana silah satışını dayandırmağa çağıran iki qətnamə təqdim etmişdir.







