
Avrasiya inteqrasiyası Ermənistan hökumətinin önəmliklərindəndir.
Bu haqda ER Baş naziri Nikol Paşinyan Aİİ üzvü olan ölkələrin Baş nazirləri ilə görüşün əvvəlində olan çıxışı ərzində deyib.
Paşinyan əvvəlcə Qırğızıstanın yeni Baş naziri Akilbek Japarovu təbrik edib və ona məsul vəzifəsində uğurlar arzulayıb. O qeyd edib ki, Ermənistan iki ölkə hökumətləri arasında konstruktiv dialoqun davam etdirilməsi üçün gələcəkdə də səy göstərməyə hazırdır.
“Biz bu iclası qəbul etməklə gündəliyin müzakirəsi üçün mümkün qədər rahat şərait yaratmağa çalışdıq. Gündəlikdəki məsələləri müzakirə etməklə yanaşı, nümayəndə heyətlərimizin canlı ünsiyyəti də olduqca vacibdir”- deyərək Paşinyan qeyd edib.
Qazaxıstanın Baş naziri Askar Mamin Aİİ-yə sədrlik edən ölkənin Baş naziri kimi öz növbəsində iclasın gündəliyini təqdim edib.
Avrasiya Hökumətlərarası Şurasının iclasında Avrasiya İqtisadi İttifaqının hökumət başçıları digər məsələlərlə yanaşı, strateji əhəmiyyəti olan dərman preparatları ilə təminat, ekoloji cəhətdən təmiz elektrik enerjisinin təşviqi, metallurgiya müəssisələrinin xammalla təminatı məsələlərini müzakirə edəcəklər.







