BaşlıcaSiyasət

Rusiya sülhməramlıları Dağlıq Qarabağda sərhəddə patrul xidməti həyata keçirirlər

Rusiya sülhməramlıları Dağlıq Qarabağda sərhəd xəttində patrul edir. Bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Rusiya sülhməramlı kontingentinin hərbçiləri BTR-82A zirehli texnikası və “KamAZ”larla patrul edir.

Qeyd olunur ki,patrul xidməti zamanı Rusiya sülhməramlıları atəşkəs rejiminə riayət olunmasına nəzarət edir, yerli sakinlərlə söhbət edirlər.

“Bu gün biz Askeran rayonunda monitorinq aparırıq, vəziyyəti izləyirik. Bəzən kəndlərdə dururuq, yerli sakinlərlə əlaqə saxlayır, üçtərəfli bəyanatın pozulması ilə bağlı suallar veririk”,- bəyanatda deyilir.

Daha çox göstər
Back to top button