BaşlıcaSiyasət

Ərəbşünas: “Erdoğan və Baxçalının türk dünyasının xəritəsində göstərdiyi foto sadəcə erməni diplomatiyasına hədiyyədir”

Türkiyədə hakim koalisiyanın liderləri R.T. Erdoğan  və D.Baxçalının türk dünyasının xəritəsini açıq şəkildə nümayiş etdirdiyi fotosu sadəcə olaraq Türkiyə-Azərbaycan “Zəngəzur dəhlizi” layihəsinin qarşısını almaq üçün xarici konsensusa nail olmaqda erməni diplomatiyasına hədiyyədir.

Bu haqda ərəbşünas Armen Petrosyan öz Facebook səhifəsində yazaraq qeyd edib.

O, xüsusilə qeyd edib: “Pantürkizm ideologiyasının kulminasiya nöqtəsi sayılan yuxarıda qeyd olunan xəritədə dəqiqliklə Ankaranın illərdir məqsədyönlü siyasət yeritdiyi bütün ölkələr və istiqamətlər aydın şəkildə  təsvir edilib.

Gələcəkdə isə, hazırkı dünya nizamı şəraitlərində  “Böyük Turan” və ya “Türk Qütbü” proqramını həyata keçirmək məqsədiylə daha fəal şəkildə həyata keçiriləcək.

Xəritədə Balkan yarımadasından olan ərazilər, “Rusiya”, “İran”, “Çin”, “Monqolustan” “Suriya” “İraq”ın bir hissəsi və  türkdilli ölkələr (“Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan) daxildir.

Ən əsası isə, bu gün proqramın açarı Ermənistanın Sünik bölgəsində, proqramın bütün hissələri arasında qüsursuz əlaqəni təmin etmək üçün nəzərdə tutulan guya “Zəngəzur dəhlizi”ndədir.

ER diplomatlarına, Spyurkda lobbiçilik fəaliyyəti ilə məşğul olan soydaşlarımız  və  həmkarlarımız sadəcə olaraq öz smartfonlarında posta əlavə olunmuş fotoşəkil və Ermənistanın xəritəsini tutmalıdırlar.  

Həmçinin özlərinin İşgüzar əlaqələrində, ictimaiyyət qarşısında çıxışları ilə əsaslı şəkildə izah etsinlər ki, müharibədən sonra zəifləmiş təkbaşına  türkün o  perspektivli  proqramının qarşısını almağa qadir deyil.

Hansı ki, “Artsax və “Zəngəzur dəhlizi”nin yaxın gələcəkdə mümkün ələ keçirilməsi nümunələriylə artıq   görünən gələcəkdə xəritədə qeyd olunan bütün ölkələri eyni anda və ya ardıcıllıqla təhdid edə bilər”.

Daha çox göstər
Back to top button