BaşlıcaSiyasət

Mirzoyan: “Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq üçün qoyduğu şərt müzakirə mövzusu ola bilməz”

Türkiyə Ermənistanla münasibətlərin normallaşması üçün yeni şərtlər təklif edir.

Bu haqda, Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan Fransanın “Le Figaro” qəzetinə müsahibəsində Ermənistanın Türkiyə ilə münasibətlərini normallaşdırmağa hazır olub-olmaması sualına cavab verərkən deyib.

“Biz hər zaman bəyan etmişik ki, Türkiyənin Artsaxa qarşı müharibə zamanı həm siyasi, həm də silah-sursat tədarükü və minlərlə xarici muzdluların yerləşdirilməsi yolu ilə Azərbaycana verdiyi böyük dəstəyə baxmayaraq, ilkin şərt olmadan münasibətlərimizi normallaşdırmağa hazırıq”- deyərək  Mirzoyan  qeyd edib.

O, əlavə edib ki, dialoqun yenidən açılması üçün Türkiyədən müsbət siqnallar alınıb, lakin bu, mürəkkəb olaraq qalır.

“Ankara yeni şərtlər təklif edir. Bunların arasında Azərbaycanla Naxicevanı birləşdirən “dəhliz”dir.  Bu,  müstəsna olaraq, müzakirə mövzusu ola bilməz.

Dövlətlər öz əraziləri üzərində suverenliyini qoruyaraq tranzitə icazə verməlidirlər. Regionda bütün kommunikasiya vasitələri gərək yenidən açılsın” – deyərək ER Xarici işlər naziri  qeyd edib.

Daha çox göstər
Back to top button