
Baş nazir Nikol Paşinyan BMT Baş katibinin müavini və Sivilizasiyalar alyansının ali nümayəndəsi Migel Մորngel Moratinosu qəbul edib.
Bu haqda Ermənistanın Baş nazirinin administrasiyasından məlumat verilib. Nikol Paşinyan qeyd edib ki, bu, BMT-nin Sivilizasiyalar alyansının Ermənistan Respublikasına olan belə yüksək səviyyədə ilk səfəridir.
Ümidvar olduğunu bildirib ki, bu səfərin ikitərəfli əməkdaşlığa eləcə də bizim regionumuzun xalqları arasında dialoqa töhvəsini verəcək.
Ali nümayəndə Moratinos Ermənistanın alyansın işində rolunu və iştirakını öyrənmək üçün Sivilizasiyalar alyansının əsas istiqamətlərini təqdim edib.
O, əlavə edib ki, Sivilizasiyalar alyansı öz mandatı çərçivəsində regionda tolerantlığı, dinlərarası dialoqu, dini ziyarətgahların qorunmasını dəstəkləməyə hazırdır.
Baş nazir Paşinyan regionda dialoq və tolerantlığın təşviqi istiqamətində atılan addımları vurğulayaraq, Azərbaycanın təcavüzkar hərəkətlərinə beynəlxalq ictimaiyyət tərəfindən adekvat reaksiya verilməsinin vacibliyini vurğulayıb.







