
“İRNA” informasiya agentliyi xəbər verir ki, İranın Yollar Departamentinin tranzit şöbəsinin baş direktoru Cavad Hedayati bildirdi ki, iki ölkənin dəniz nəqliyyatı problemlərinin həlli və Fars körfəzi-Qara dəniz dəhlizi ilə bağlı sazişin imzalanmasını sürətləndirmək üçün Gürcüstanla danışıqlar aparılır.
Regional tranzit əməkdaşlığının inkişafı və yeni dəhlizlərin müəyyən edilməsi hökumətin gündəliyindədir. Yeni dəhlizlərin yaradılması ticarəti dəstəkləməklə yanaşı, ölkənin gəlirlərini artıracaq və nəqliyyat xərclərini azaldacaq.
“Fars körfəzindən Gürcüstana və Qara dənizə dəhliz yaradılması dax daxil olmaqla, Şimal-Cənub dəhlizlərinin müəyyənləşdirilməsi hazırda davam edən layihələrdən biridir”,- o bildirdi.
Tehran-Tbilisi beynəlxalq avtomobil nəqliyyatı haqqında sazişin imzalanmasında toxunan Hedayati bunu, regional nəqliyyat sahəsində uğurlu əməkdaşlıq adlandırıb. O qeyd etdi ki, avtomobil nəqliyyatı sahəsində əməkdaşlıqla bağlı mütəmadi görüşlərin keçirilməsi potensial imkanların tapılması yolunda vacib addımdır.







