
İranın Türkiyədəki səfiri Mahammad Faramend Türkiyənin Anadolu agentliyi üçün yazdığı məqalədə regional 3+3 formatına toxunub.
İranın Türkiyədəki səfiri bildirib ki, İran Prezidenti Erdoğanın 2020-ci ildə təklif etdiyi 6 ölkənin iştirakı ilə 3+3 əməkdaşlıq platformasının yaradılmasını dəstəkləyir.
“Bu format İranın xarici siyasətinin kursu ilə üst-üstə düşür, yəni regionda gərginliyin azaldılması və problemlərin həlli və iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi vasitəsidir” – deyərək İran səfiri qeyd etmiş və sonrasa əlavə etmişdir ki, hələ 2020-ci ildə Qarabağ müharibəsi zamanı İranın Xİ naziri Yerevana,Moskvaya, Bakıya və Ankaraya səfər etmişdir.
Səfirin sözlərinə görə, Gürcüstandan başqa digər dövlətlər də bu platformanın yaradılmasına müsbət yanaşırlar. “Cənubi Qafqazda 30 ildir davam edən gərginliyin aradan qaldırılması yalnız regionun bütün ölkələrinin xeyrinə olacaqdır” – deyərək Mahammad Farazmend bildirib.







