BaşlıcaSiyasət

Paşinyan: “Azərbaycanın işğalçı siyasəti ilə bağlı məsələ beynəlxalq ictimaiyyətin müzakirəsi mərkəzində olmalıdır”

“Azərbaycan Er-na  qarşı davamlı təcavüz siyasəti aparır. Bu mövzu bu gün canlı yayımda medianın suallarını cavablandıraraq beynəlxalq ictimaiyyətin müzakirəsinin mərkəzində olmalıdır” – deyərək ER Baş naziri Nikol Paşinyan bildirib.

Baş nazirin sözlərinə görə, Azərbaycan müharibədə qalib gəlmək hüququndan istifadə etməyə çalışır ki, bu da müasir dünyada mövcud deyil.

“Qələbə eyforiyasında olan Azərbaycanın Ermənistana qarşı ərazi istəkləri var. “Zəngəzur dəhlizi” nə deməkdir? Bu terminləri kim irəli sürüb? Biz dəfələrlə demişik ki, Ermənistan dəhliz məntiqinin əleyhinədir”- deyə Paşinyan bildirib.

Baş nazirin sözlərinə görə, bu, artıq Ermənistanın, Azərbaycanın məsələsi deyil, bu, beynəlxalq hüquq, dünya nizamı məsələsidir.

Nikol Paşinyanın sözlərinə görə, Ermənistan bütün beynəlxalq instansiyalarda Azərbaycanın işğalçı siyasəti ilə bağlı məsələ qaldırmağa hazırlaşır, çünki “Nəyi ki,Azərbaycan edir, hücumdur”.

Daha çox göstər
Back to top button