BaşlıcaTəhlil

Artsaxa qarşı müharibəyə muzdluların cəlb edilməsi məsələsi AİHM tərəfindən araşdırılır

Amerikalı jurnalist Lindsey Snell-in Twitter hesabında Suriya muzdluları “Süleyman şah” briqadasının lideri Əbu Həmşənin Azərbaycanın Artsaxa qarşı apardığı müharibəyə görə onlara pul verməməsindən şikayətlənirlər.

 Bu  dərc Azərbaycanın suriyalı muzdluları 44 günlük Artsax müharibəsinə cəlb etməsi ilə bağlı yenə bir faktdır.

Ermənistan tərəfinin Ermənistan vətəndaşlarının hüquqlarının pozulması ilə bağlı Türkiyə və Azərbaycanın Avropa İnsan Haqları məhkəməsinə verdiyi şikayətin arqumentlərindən biri də muzdlu terrorçuların cəlb edilməsi və onların əsarətə salınması məsələsidir.

AİHM-in qərar verməsi nə qədər vaxt aparacaq? Buna sonra nəardıcıllıq  edəcək? Hüquq müdafiəçisi Artak Zeynalyan  suala cavab verir.

2020-ci il dekabrın ortalarında BBC 4 suriyalı muzdlu ilə danışıb, onlar öz adlarını açıqlamadan yüksək maaş vədləri müqabilində Azərbaycana necə köçdüklərini və cəbhə xəttində məlum oldu ki, əslində onlar “top yemi” olaraq  xidmət ediblərmiş.

Hələ 2020-ci ilin avqustunda  azərbaycan-türki   tandemi Suriyanın Şimalında türkyönlü qüvvələrin nəzarətində olan rayonlarda cihadçı yaraqlılardan başqa, pula ehtiyacı olan sıravi vətəndaşları da mediyada yayılan məlumatlara görə,  2000 ABŞ dolları müqabilində  cəlb etməyə başlayıb.

Suriyanın Şimal bölgələrində yaşayan və gündə bir dollardan bir qədər çox qazana bilən insanlar üçün vəd edilən maaş çox cəlbedici idi.

Türkiyənin dəstəklədiyi Suriya milli ordusunda xidmətə cəlb olunan 4 minə yaxın insan Türkiyə hərbi nəqliyyat təyyarələri ilə Türkiyə ərazisindən keçərək Azərbaycana gətirilib. Bunu eləcə də Ermənistan İstintaq Komitəsi də təsdiqləyib.

Artsax müharibəsində həlak olan muzdluların dəqiq sayı məlum deyil. Lakin Böyük Britaniyada fəaliyyət göstərən “Suriya İnsan haqları mərkəzi”nin məlumatına  görə, Artsaxda 500-dən çox suriyalı muzdlu öldürülüb.

Türkiyə və Azərbaycan hələ də suriyalı muzdluların Qarabağ müharibəsində iştirakını inkar etməyi davam edir.. Bununla belə, muzdluların ifadələrindən tutmuş video, foto, xüsusi xidmət orqanlarının məlumatlarına qədər bunu sübut edən çoxlu faktlar var.

Bu da 44 günlük müharibədə erməni tərəfinin iki suriyalı muzdlusunun əsir götürülməsi faktını daha danılmaz edir. Ermənistanda onlara qarşı ittiham irəli sürülüb, ER İstintaq Komitəsi dəfələrlə bəyan edib ki, terrorçular hərbi əsir deyillər, ona görə də onlar dəyişdirilə və ya qaytarıla bilməz.

Ermənistanın hüquq müdafiəçisi Arman Tatoyan dəfələrlə muzdluların və cihadçıların cəlb olunmasının müharibə cinayəti olduğunu bəyan edib.O, videoda Artsax Respublikasının Müdafiə Ordusunun silahlarını toplayan muzdlu terrorçunun döyüş sursatından digər ölkələrdə   istifadə etməsi barədə danışdığı sübutları dərc edib..

Ermənistan tərəfi suriyalı muzdluların müharibədə iştirakını sübut edən dəlilləri AİHM-ə göndərib. Eyni zamanda, Strasburq məhkəməsinə Türkiyənin Avropa Məhkəməsinin qərarına əməl etmədiyini, bölgədə birbaşa və ya dolayısı ilə iştirakını davam etdirdiyini əsaslandıran əlavə sübutlar təqdim edilib.

Hüquq müdafiəçisi, keçmiş Ədliyyə naziri Artak Zeynalyan “Radiolur”a açıqlamasında bildirib ki, Türkiyənin Avropa İnsan Haqları Məhkəməsinə Azərbaycanla bağlı təqdim etdiyi şikayətin arqumentlərindən biri muzdlu terrorçuların iştirakına və onların əsarət altına alınmasına işarədir.

 “Ermənistan vətəndaşlarının hüquqlarının pozulması ilə bağlı Türkiyə və Azərbaycana qarşı şikayətlər edilib.Orada olan  faktlardan biri terrorçuların cəlb olunmasıdır, əsarətdə olan muzdluların iştirakıdır, bu, cəmi arqumentlərdən biridir”  –  deyə Artak Zeynalyan bildirib.

2020-ci il hadisələri ilə bağlı Avropa Məhkəməsinə təqdim olunan faktlarla bağlı qərarın verilməsinə illər lazımdır. Hüquq müdafiəçisi deyir ki, Avropa Məhkəməsinin qərarını uzun müddət gözləmək olar, proses vaxt aparır, amma bir şey dəqiqdir.

“Avropa Məhkəməsinin hökmüylə ilə proses başa çatacaq. Bu illər çəkəcək, şikayət cavabdeh tərəfə  göndəriləcək, sonra onlar iddiaçıya göndəriləcək, sonra iddiaçı öz müşahidələrini təqdim edəcək. Azərbaycan da öz növbəsində, cavab vermək üçün hər dəfə müddəti uzadaraq, son tarix istəyəcəkdir” – deyə Zeynalyan bildirib.

Avropa Ali Məhkəməsinin  hökmü bizə nə verəcək?.Və Türkiyə və Azərbaycan tərəfindən hökmü yerinə yetirməyərkən  nəticə nə olacaq?

 Hüquq müdafiəçisi cavab verir: “AİHM-in hökmündə hüququn pozulması faktı tanınır, hökmlə həmçinin,  ədalətli kompensasiya nəzərdə tutulur. Hökmə görə cavabdeh tərəf olan dövlət, üç ay ərzində ədalətli kompensasiya kimi hüququ pozulanın  qurbanına müəyyən edilmiş məbləği ödəməlidir.

Lakin bu, hökmün dəyəri deyil, hüququn pozulmasından əvvəl mövcud olan vəziyyətin bərpa edilməli olmasıdır. Balansın bərpası üçün dövlət təqsirkarları müəyyən etməli, onları qınamalı, və onlar cəzanı sona qədər çəkməlidirlər, bu müddət ərzində hər hansı detalların pozulması eyni pozulmuş hüququn pozulmasına gətirib çıxarır”.

Avropa İnsan Haqları məhkəməsinin hökmü olduğu halda, Türkiyə və Azərbaycanın onu yerinə yetirməsini gözləmək nə dərəcədə realdır?.Hüquq müdafiəçisi  qeyd edir ki, alətlər var ki, onu erməni tərəfi  şəxslərin pozulan hüquqlarını bərpa edilməsi naminə istifadə edəcək.

İstər müharibədən əvvəl, istərsə də müharibədən sonrakı dövrdə muzdluların bölgədə mövcudluğu təhlükəli olaraq qalmaqdadır. Xüsusən  o kontekstdə ki, müharibədən sonrakı bu  dövrdə xəbərlər var ki, muzdlu  terrorçularla Artsaxın okupasiyalaşmış ərazilərini onlarla məskunlaşdırılır.

Daha çox göstər
Back to top button