
Rusiya sülhməramlıları Dağlıq Qarabağın Şuşi rayonunda 2 hektara yaxın ərazini təmizləyib
Rusiya sülhməramlı birləşməsinin hərbçiləri Dağlıq Qarabağın Şuşi rayonundakı qədim erməni qəbiristanlığının ərazisini partlayıcı obyektlərdən təmizləməyə başlayıblar. Bu barədə RF Müdafiə nazirliyinin mətbuat xidməti məlumatlandırıb.
Rusiya sülhməramlıları hər gün Şuşi rayonunun sərhəd xətti yaxınlığında partlamamış hərbi sursatların, mərmilərin, güllələrin və minaların axtarışı ilə məşğul olurlar.
Humanitar Ərazilərin Minalardan Təmizlənməsi Dəstəsinin əsgərləri yaşayış məntəqələrinin və kənd təsərrüfatı əhəmiyyətli torpaqların və ona bitişik mal-qaranın otarılması üçün nəzərdə tutulmuş ərazilərin təmizlənməsi tapşırıqlarını yerinə yetirirlər.
“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisinin humanitar minalardan təmizlənməsini davam etdirir. Bu gün mülki əhalinin təhlükəsiz gediş-gəlişini təmin etmək üçün qədim erməni qəbiristanlığının 1,5 hektar ərazisi təmizlənib.
Minatəmizləmə zamanı 5 partlayıcı maddə aşkar edilib” – deyə Pyotr Parşikov bildirib.
Rusiya sülhməramlı qüvvələrinin sözçüsü qeyd edib ki, 2020-ci il noyabrın 23-dən etibarən Rusiya sülhməramlı kontingentinin humanitar minatəmizləmə bölmələri 2300 hektardan çox partlayıcıdan, həmçinin 683 km yol, 2000-ə yaxın bina və ümumilikdə 26000-dən çox silah-sursat aşkar edilərək zərərsizləşdirilib.







