BaşlıcaSiyasət

BMT-nin Baş katibi Ermənistan, Rusiya və Azərbaycan liderlərinin görüşünü alqışlayıb

BMT-nin Baş katibi Ermənistanın Baş naziri, Azərbaycan prezidenti və Rusiya Federasiyası Prezidentinin noyabrın 26-da keçirilən üçtərəfli görüşünü alqışlayır və onların birgə bəyanatını nəzərə alır.

BMT-nin məlumatına görə, Antonio Quterreş təmas və dialoqun vasitəçiliyində Rusiya Federasiyasının rolunu məmnunluqla qeyd edib.

Onun sözlərinə görə, Baş katib 2020-ci ildə Ermənistan və Azərbaycan arasında yüksək səviyyəli birbaşa qarşılıqlı işşgüzarlığın bərpasından ruhlanır.

Onların  2021- ci il  yanvarın11-də  üçtərəfli bəyanatların tam yerinə yetirilməsinə və regionda sabitliyin gücləndirilməsi üçün konkret addımların atılmasına sadiqdolduqlarına inanır.

“Baş katib Birləşmiş Millətlər Təşkilatının  uzunmüddətli sülhün yalnız dialoq yolu ilə əldə oluna biləcəyi ilə bağlı prinsipial mövqeyini bir daha təsdiqləyir və tərəfləri həll edilməmiş məsələləri öz imkanları daxilində, o cümlədən ATƏT-in Minsk Qrupunun himayəsi altında həll etməyə çağırır.

BMT humanitar yardım, yerlərdə yenidənqurma və sülh yolu ilə də daxil olmaqla, bütün bu cür səyləri dəstəkləməyə hazırdır” – deyərək bəyanatda qeyd olunur.

Daha çox göstər
Back to top button