BaşlıcaSiyasət

İran XİN –I Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşünü alqışlayıb

İranın Xİ naziri Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Soçidə keçirilən üçtərəfli görüşünü alqışlayıb və bunu regionda böhranın aradan qaldırılması istiqamətində mühüm, təsirli və konstruktiv addım adlandırıb.Bu haqda “Mehr” məlumatlandırıb.

Aşqabadda İqtisadi əməkdaşlıq təşkilatının 15-ci sammiti çərçivəsində Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov ilə İranın Xarici işlər naziri Hüseyn Əmir Abdolaxyan arasında keçirilən görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

İran Xarici işlər nazirliyi iki ölkə arasında siyasət, iqtisadiyyat, mədəniyyət və kütləvi informasiya vasitələrinin müxtəlif sahələrində əməkdaşlığı “mühüm” adlandırıb.

O, həmçinin iki ölkənin rəsmiləri arasında müxtəlif səviyyələrdə əməkdaşlığın əhəmiyyətli olduğunu vurğulayıb.

Bayramov öz növbəsində iki ölkə arasında ikitərəfli münasibətlərin müsbət inkişaf etdiyini vurğulayıb.

Görüş ərəfəsində Əfqanıstanda baş verən son hadisələrdən sonra əfqan qaçqınlarının vəziyyəti və Vyana danışıqları ilə bağlı hadisələr müzakirə olunub.

Azərbaycan Xarici işlər nazirliyinin məlumatına görə, nazirlər regiondakı mövcud vəziyyəti, o cümlədən Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşü və onun nəticəsində imzalanmış bəyannaməni, ümumilikdə üçtərəfli bəyanatları, eləcə də  “3+3″formatlı  əməkdaşlığı müzakirə ediblər.

Daha çox göstər
Back to top button