BaşlıcaSiyasət

Ərdoğan Soçi görüşündən danışıb

Türkiyə prezidenti R. T. Ərdoğanın sözlərinə görə, İlham Əliyev onu bildirdi ki, Soçidə cənab Putinlə görüşüb  və görüş çox yüksək səviyyədə keçib. Bu barədə “Riya Novosti” xəbər yaydı.

“İlham Əliyev deyib ki, Soçidə cənab Putinlə görüşüb və görüş çox yüksək səviyyədə keçib. Bu görüşdə Araz çayı boyunca dəmiryolu və avtomobil yolu məsələsi də həllini tapıb. Orada Əliyev, Putin və Paşinyan görüşüb. Bununla bağlı qardaşım İlham Əliyevlə görüşün yekununu müzakirə etdik və dedi ki, görüş məhsuldar oldu”,- deyə Ərdoğan qeyd etdi.

Türkiyə prezidenti bildirdi ki, daha əvvəl “3+3” formatı da təklif olunub. Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, İran, uğur qazanarsa, Gürcüstan. Bu tədbir yerinə yetirilərsə, regionda sülh və əmin-amanlıq üçün güclü təkan olacaq”,-deyə Ərdoğan bildirdi.

Daha çox göstər
Back to top button