Başlıcaİctimaiyyət

Bir sıra ölkələrdən Ermənistana girişinə müvəqqəti məhdudiyyət qoyulacaq: Nazir

Bir sıra ölkələrdən Ermənistana girişinə müvəqqəti məhdudiyyət qoyulacaq. Bu barədə məlumatı ER səhiyyə naziri yaydı.

O qeyd etdi ki, koronavirus infeksiyası mutasiyaya davam edir, yayılma aktivliyinə görə əvvəlkilərdən fərqlənən yeni ştamlar aşkar edilir. Cənubi Afrikada tapılan “omikron” alt növü təxminən 50 mutasiya daşıyır.

“Cənubi Afrika, Botsvana Respublikası, Lesoto Krallığı, Namibiya Respublikası, Mozambik, Madaqaskar və Tanzaniya kimi bir sıra ölkələrdən Ermənistana girişini müvəqqəti məhdudlaşdırmağı planlaşdırırıq”,- nazir vurğuladı.

Daha çox göstər
Back to top button