BaşlıcaMədəniyyət

BMT: “Beynəlxalq turizm 2023-cü ildən tez olmayaraq bərpa olunacaq”

BMT-nin Baş katibi Zurab Pololikaşvilinin qənaətincə,  dünya turizmi 2023-cü ildən tez olmadan epidemiyadan əvvəlki səviyyəyə qayıda bilər.Bu haqda TASS məlumat yayıb.

Ekspertlərin fikrincə, səyyahların  aktivləşdirilməsi 2022-ci ilin ikinci və ya üçüncü rübündə mümkündür.

“Ekspertlərin demək olar ki, yarısı (45%) hesab edir ki, beynəlxalq turizm 2024-cü ildə və ya daha sonra 2019-cu il səviyyəsinə qayıdacaq, 43%-i isə 2023-cü ildə bərpa olacağını deyir” – deyərək Pololikaşvili bildirib.

O, qeyd edib ki, beynəlxalq turizm dünya üzrə bir milyard turist itirərək 30 il əvvəlki səviyyəyə çatıb.

Onun sözlərinə görə, peyvəndlərin bərabər paylanması, peyvənd nisbətləri və  səyyahların səmərəli əməkdaşlıq sektorunun bərpasına kömək edəcəkdir.

Daha çox göstər
Back to top button