BaşlıcaSiyasət

Hay Dat Komitəsinin spikeri: “ABŞ hökuməti Azərbaycana yardım etməməlidir”

Artsax Respublikasının öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq səviyyədə tanınması − Artsaxın təhlükəsizliyi, Ermənistanın möhkəmləndirilməsi − təhlükəsizliyin gücləndirilməsi Hay Dat Komitəsinin əsas önəmlikləri sırasındadır.

 Bu haqda Amerika Hay Dat Komitəsinin mətbuat katibi Elizabet Çuljyan jurnalistlərlə söhbətində ABŞ Prezidentinin Erməni Soyqırımını tanımasından sonra Amerika  Hay Dat  Komitəsinin  önəmlikləri barədə barədə danışarkən qeyd edib.

“Amerikanın Hay Dat Komitəsi hər addımda, hər cəhətdən bu məsələlər üzərində işləyir və nəticələr çox aydındır. İki düzəlişi özündə əks etdirən Birləşmiş Ştatların Ümumi təhlükəsizlik qətnaməsi bu gün Senatda müzakirə ediləcək , orada iki  reform var.

Erməni Hay Dat ABŞ-ın Azərbaycana yardımını azaltmaq üçün senatorlarla işləyib: “Bu, bizim  önəmliklərimizdən biridir, çünki sonda Azərbaycan hökumətinin hücum mövqeyini nəzərə alsaq, 2020-ci ildə müharibəni nəzərə alsaq, müharibənin birmənalı olaraq bitmədiyini nəzərə alsaq, ABŞ hökuməti Azərbaycana heç bir yardım göndərməməlidir”- deyərək Amerikanın Hay Dat Komitəsinin spikeri  qeyd edib.

Çuljyan xatırladıb ki, ABŞ 2016-cı ildə Azərbaycana 120 milyon dollardan çox yardım göndərib və bunun nəticəsi 2020-ci ilin payızında Azərbaycanın Artsax Respublikasına qarşı həyata keçirdiyi hərbi təcavüz olub.

Elizabet Çuljyanın sözlərinə görə,  Hay Dat Komitəsi hazırda konqresmenlərlə birlikdə ABŞ-ın Artsaxa və Ermənistan Respublikasına yardımını genişləndirmək istiqamətində işləyir.

“Nümayəndələr Palatası Artsaxa 2,5 milyon dollar ayırıb. Bu, xüsusilə də Artsaxda öz evlərini tərk etməyə məcbur olmuş 100 mindən çox evsiz yerli ermənini nəzərə alsaq, kifayət deyil.

 Ona görə də biz bu məsələlər üzərində hər iki Palata ilə işləməyi davam edirik. Nümayəndələr və Senat, o işləri genişləndirmək üçün niyə Ağ Evlə birlikdə olmasın” – deyərək Elizabet Çuljyan qeyd edib.

Elizabet Çulcyan  Hay Dat Komitələri  idarələrinin noyabrın 29-da işə başlayan konfransında iştirak etmək üçün bu gün  Yerevana gəlib.

Daha çox göstər
Back to top button