BaşlıcaSiyasət

Soçi bəyanatı həmçinin hərbi əsirlərin və girovların qaytarılması haqqındadır: XİN sözçüsü

Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat Katibi Vahan Hunanyan Soçi görüşünə toxunub. 

Vahan Hunanyanım bildirdi ki, rəsmi Yerevan üçtərəfli bəyanatların müddəalarının tam yerinə yetirilməsinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı altında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə verəcəyinə əmindir.

“Soçi bəyanatı tərəflər 9 noyabr 2020-ci il tarixli bəyanatların bütün müddəalarının ardıcıl və qeyd-şərtsiz yerinə yetirilməsini bir daha təsdiqləyirlər. Bu, Azərbaycan tərəfinin hələ də yerinə yetirmədiyi 8-ci müdəadə nəzərdə tutulmuş öhdəliklər – hərbi əsirlərin, girovların, digər həbs edilmiş şəxslərin qaytarılması və digər müdəalarda yerinə yetirilməyən öhdəliklər haqqındadır”,- deyə Hunanyan bildirdi. 

O qeyd etdi ki, Soçi bəyanatı ilə regionda bütün yolların və iqtisadi əlaqələrin açılması təqsdiqlənir və növbəti dəfə “dəhliz” və ya dəhliz məntiqli ilə hər hansı təbliğat xarakterli tezislər  təkzib olunub.

“Əminik ki, üçtərəfli bəyanatların müddəalarının tam yerinə yetirilməsi ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı altında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə verəcək”,- deyə XİN mətbuat katibi vurğuladı. 

Daha çox göstər
Back to top button