BaşlıcaSiyasət

ABŞ Azərbaycan və Ermənistanı aktiv dialoqa çağırıb

“Biz Qafqazda Azərbaycan və Ermənistan hökumətləri arasında birbaşa dialoqun davam etdirilməsini alqışlayırıq”.

Bunu ABŞ dövlət katibi Entoni Blinken Stokholmda ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında çıxışı zamanı deyib.

Entoni Blinken tərəfləri humanitar məsələlər üzrə aktiv dialoqa çağırıb: “Biz tərəfləri sərhədlərin delimitasiyası və demarkasiyası, iqtisadi və nəqliyyat bağlantılarının bərpası kimi həllini gözləyən digər məsələləri həll etməyə çağırırıq”, – deyə Blinken bildirib.

Blinken Azərbaycan və Ermənistanı Minsk Qrupu həmsədrləri ilə birlikdə Dağlıq Qarabağda davamlı sülhün əldə edilməsi istiqamətində birgə işləməyə çağırıb.

O vurğulayıb ki, ABŞ münaqişə ilə əlaqədar insan haqlarının, beynəlxalq humanitar hüququn pozulması hallarının araşdırılması istiqamətində Rusiya da daxil olmaqla bütün tərəflərlə birlikdə işləyə biləcəyinə ümid edir.

Daha çox göstər
Back to top button