BaşlıcaSiyasət

Badasyan: “DGK əməkdaşları artıq Qoris-Kapan avtomobil yolunda növbətçilik edirlər”

Artıq Dövlət gəlirləri komitəsinin gömrükçüləri Goris-Kapan avtomobil yoluna xidmət göstərir. Bu haqda Dövlət gəlirləri komitəsinin sədri Rüstəm Badasyan parlamentdə jurnalistlərə açıqlamasında qeyd edib.

“Məsələ hələ ki, əsas gömrük funksiyalarına çatmayıb. Bu o zaman olacaq, haçan hər hansısa müvafiq  maşın  ER sərhədini keçərsə gömrük nəzarətini həyata keçirməyə ehtiyac olar.

Hazırda gömrük xidmətçiləri üçün  bəzi iş şəraitinin təmin edilməsiylə əlaqəli müəyyən işlər görülür”-  deyərək Badasyan bildirib.

Bu müddət ərzində azərbaycanlıların Goris-Kapan yolunda gömrük funksiyasını yerinə yetirib-yetirmədikləri ilə bağlı suala Dövlət gəlirləri komitəsinin sədri cavab verib ki, onların magistral yolda yerləşməsi artıq gömrük funksiyasını yerinə yetirməsi deməkdir.

Noyabrın 10-da Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, Azərbaycan tərəfi noyabrın 11-dən etibarən Qoris-Kapan yolunda sərhəd-gömrük nəzarəti funksiyasının yerinə yetirilməsi, yəni gömrük keçid məntəqələrini yerləşdirmək barədə    Azərbaycan tərəfi Ermənistan tərəfinə məlumat verib. O, Ermənistan tərəfinin həmçinin müvafiq addımlar atacağını bəyan edib.

Daha çox göstər
Back to top button