BaşlıcaSiyasət

Mirzoyan və Bayramov sabah Stokholmda görüşəcək

Ermənistan və Azərbaycanın Xarici işlər nazirləri sabah İsveçdə ATƏT-in Nazirlər Konfransı çərçivəsində yenidən görüşəcəklər. Bu haqda  Avroparlamentdə AB-nin  xarici ali idarəsinin nümayəndəsi  Lyuk Divin bəyan edib.

“Avropa Parlamentinin deputatları 9 noyabr atəşkəsdən bir il sonra vəziyyətin necə olduğunu, Brüsselin iki Şərq Tərəfdaşlığı ölkəsi arasında münasibətləri normallaşdırmaq üçün  Brüsselin nə etdiyini öyrənmək üçün iki yüksək rütbəli AB rəsmisini Cənubi Qafqaza çağırıb.

“Vəziyyət gərgin olaraq qalır”- deyərək Avropa Komissiyasının Şərq məsələləri üzrə məsul əməkdaşı Lourens Meredit bildirib.

“Bir neçə həftə əvvəl mən daxili işlər üzrə komissarı Varhei ilə birlikdə üç Qafqaz ölkəsinin xarici işlər nazirləri ilə görüşlərdə iştirak etmişəm.

Bu  məhz,Ermənistan və Azərbaycan arasında faciəli zorakılığın başladığı gün idi, ya da ondan bir az əvvəl. Çox aydın şəkildə biz tərəfdən vurğulamaq istəyirəm ki, Avropa Komissiyası bütün Qafqaz ölkələrinin rifahı naminə davamlı sülhün əldə edilməsi üçün mümkün olan hər şeyi etməyə son dərəcə sadiqdir”.

Bu məqsədlə Avropa Komissiyası ötən ilki müharibədən bəri 17 milyon avroluq humanitar yardım ayırıb.

 “Biz tərəflər arasında kommunikasiyanın möhkəmləndirilməsi, eləcə də xüsusilə münaqişənin təsirinə məruz qalan ərazilərə investisiyaların yatırılması üçün bütün mümkün variantları müzakirə edirik” – deyərək Avropa  qeyd edib.

“Brüssel regionda sabitliyin və təhlükəsizliyin təşviqinə sadiqdir. Lakin bizim imkanlarımız məhduddur” – deyərək  Şərq tərəfdaşlığı və Rusiya  xətti üzrə   rəhbər müavini Lyuk Devin qeyd edərək  əlavə edib –“Aydındır ki, vəziyyət əsasən  hərbiçilərin əlindədir, o cümlədən onların  kimlərin  ki,  yerindəcə  silahları var.Hazırkı andasa tam Rusiyadır”- deyərək  mənbə qeyd edib.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button