BaşlıcaSiyasət

AR İHM: “Karmir Şuka” istiqamətində yerləşən mövqelərdən Azərbaycan tərəfi atəşlər açıb”

Artsax ombudsmanı Geqam Stepanyan bildirib ki, Azərbaycan tərəfi “Karmir Şuka” istiqamətində yerləşən mövqelərdən atəşlər açıb.

“Dekabrın 2-də səhər saat 10:30 radələrində Artsax Respublikasının Martuni rayonunun “Karmir Şuka” icması istiqamətində yerləşən mövqelərdən Azərbaycan tərəfi 10-15 dəqiqə ardıcıllıqla davam edən atəş açıb.Əsasən atıcı silahlardan istifadə olunub.

Alınan izahatlara əsasən, atəş səsləri icmanın yaşayış hissəsində eşidilib, istifadə olunmuş silahların güllələri isə sakinlərin bağlarından keçib. Atışlar nəticəsində insan və ya maddi ziyan halları qeydə alınmayıb.

Azərbaycan tərəfi üçtərəfli bəyannamə ilə müəyyən edilmiş atəşkəs rejimini, yüksək səviyyədə əldə edilmiş razılaşmaları pozaraq, Artsax xalqının hüquqlarına qarşı cinayət əməllərini davam etdirir, ilk növbədə mülki əhalinin yaşamaq, psixoloji və fiziki hüquqlarını pozur.

Atəşkəs əldə olunandan sonra biz dəfələrlə bildirmişik ki, Azərbaycan tərəfi bu cür cinayətkar əməlləri ilə Artsaxda yaşayan insanları qorxutmaq, qorxu və ümidsizlik mühiti yaratmaqla ermənilərin Artsaxı ermənilərdən təmizləmək   hallarına nail olmaq istəyir.

“Azərbaycan tərəfinin cinayətkar əməllərinin qarşısını almaq, onların təkrarlanmasını istisna etmək, habelə Artsaxdakı dinc yaşayış məntəqələri qonşuluğundan Azərbaycanın silahlı bazalarının dərhal çıxarılması, atəşkəs rejiminin pozulması hallarının qərəzsiz araşdırılması mexanizmlərinin tətbiqi aktual olaraq qalır”- deyərək  Stepanyan yazır.

Daha çox göstər
Back to top button