ArtsaxBeynəlxalqSiyasət

Ermənistan Haaqada Azərbaycanın Artsaxa qarşı kimyəvi silahlardan istifadə etməsi məsələsini qaldırıb

Ermənistan Haaqada Kimyəvi Silahların Qadağan edilməsi Konvensiyası tərəflərinin 26-cı Konfransı zamanı Azərbaycanın tərəfindən kimyəvi elementlər olan silahlardan Artsaxa qarşı istifadə etməsi məsələsini qaldırıb.

Konfrans noyabrın 29-dan dekabrın 2-dək baş tutub. Ermənistan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Georgi Koçaryan başçılıq edib.

Ermənistan nümayəndə heyətinin rəhbəri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrlik edən ölkənin nümayəndəsi kimi konfrans zamanı KTMT-yə üzv dövlətlər adından birgə bəyanatla çıxış edib.

KTMT-yə üzv dövlətlər silahlı münaqişələrdə kimyəvi silahdan iddia edilən istifadəyə dair Konvensiyaya üzv dövlətlərin müraciətlərinə operativ cavab verməkdə Texniki Katibliyin obyektivliyini və qərəzsizliyinin saxlanmasının vacibliyini vurğulayıblar.

Konfransda Ermənistanın milli bəyanatı yayılıb. Bəyanatda 2020-ci ilin sentyabrın 27-də Azərbaycanın Artsaxa qarşı başaltdığı müharibə və müharibə zamanı kimyəvi silahdan istifadə edilməsi faktı da qeyd olunub.

Təəssüflə qeyd olunur ki, Texniki Katibliyi Artsaxda kimyəvi silahdan istifadəni araşdırmaq üçün faktaraşdırıcı missiya göndərməməyib.

Daha çox göstər
Back to top button