BaşlıcaEkonomika

Görüş naməlum səbəblərdən təxirə salınıb. Baş nazirin müavinləri yaxın günlərdə görüşəcəklər

Dekabrın 1-də Moskvada Ermənistan, Rusiya və Azərbaycan Baş nazirlər  müavinlərinin həmsədrliyi ilə işçi qrupunun növbəti iclası keçirilib. Üçtərəfli işçi qrupu regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması  məqsədiylə yaradılıb.

Noyabrın 26-da Soçidə keçirilən üçtərəfli görüşdən sonra Ermənistan, Rusiya və Azərbaycan liderləri bu həftə keçiriləcək görüşü elan etmişdilər.

Demarkasiya və delimitasiya üzrə formalaşmış komissiyanın ilk iclası ilin sonuna planlaşdırılıb.

Moskvada blokun açılması məsələləri üzrə üçtərəfli komissiyanın iclası yarımçıq qalıb. Nədən? Məlum deyil? Amma onun yaxın günlərdə davam edəcəyi məlum olsa da, görüşün vaxtı qeyd olunmur.

Yalnız görüşdən sonra nəticələr barədə danışmaq mümkün olacaq Bu haqda Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın idarəsindən məlumatlandırılıb.

Artıq bu komissiyadan dəqiq qərarlar gözlənilir. Bununla bağlı RF Prezidenti noyabrın 26-da Soçidə eyham vurub.

Soçi görüşünün yekunu olaraq demarkasiya və delimitasiya  işləri üçün daha bir komissiya yaradılacaq. Bu biri artıq ikitərəfli formatdır. Soçidə ilk görüşün keçirilməsi üçün son tarix ilin sonuna kimi müəyyən edilib.

Optimist təhlillərdən fərqli olaraq, parlamentin İnsan haqları üzrə  Daimi komitə sədri, “Pativ unem” fraksiyasından Taquhi Tovmasyan hesab edir ki, demarkasiya prosesi Ermənistanın maraqlarından doğmur.

“Çünki belə çıxır ki, biz bu yolla Artsaxın üzərinə son qapımızı qapadırıq  və Artsax  “anklav”  statusuyla Azərbaycanın tərkibində qalır.Biz,  nə qədər ki, Artsaxın status son olaraq həll olunmayınca buna  qətiyyən icazə vermərik”.

Soçi razılaşmalarını həyata keçirməzdən əvvəl Tovmasyan xatırladır ki, hələ də 2020-ci il  noyabrın 9-da yerinə yetirilməmiş bəyanat var. Söhbət hamının gözü qarşısında əsirlərin qaytarılmasından gedir.

Belə şəraitdə hətta Putinin yanında Əliyevin  “dəhliz” ideyasından yan keçməsi belə müxalifətçi deputat tərəfindən müsbət qarşılanmır.

“Bu o demək deyil ki, o, öz planlarından, proqramlarından, istəklərindən imtina edib. Biz bunu qeyd etməliyik. Əgər iddialar varsa  bu ermənipərəst sənəddir, qoy bir bənd desinlər, bunun hansı məqamı ermənipərəstdir və bu bizim hansı maraqlarımıza xidmət edir?.

 Mən onu oxumaq, başa düşmək istəyirəm, çünki hansı dildə oxuduğumsa o sənəddə Ermənistanın maraqlarına xidmət edən bir bən yoxdur”.

Yolların açılması və azərbaycanlılara dəhliz verilməsi ilə bağlı sualı cavablandıran parlamentin sədri Alen Simonyan “Birinci xəbər”ə deyib ki, onlara hər şeyi sıfırdan qurmaq məcburiyyətində qalan bir ölkə miras qalıb.

Spikerin sözlərinə görə, Ermənistanda korrupsiya sistemi mövcud idi. Danışıqlara gəlincə, Simonyanın sözlərinə görə, bütün bəyanatlara baxmayaraq, “dəhliz” sözü mövcud deyil, mövcud olmayıb, ola da bilməz.

“Qonşu ölkə rəhbərinin o sözü deməkdən hansı məqsəd güddüyünü bilmirəm, məncə, daxili auditoriya üçün səsləndirib.

Əgər o məntiqdən çıxış etsək, demək o söhbətdə  Azərbaycan  içərisiylə Rusiyaya yaxud, İrana məntiqiylə müzakirə olunur.

Bir daha təkrar edirəm, “dəhliz”  ifadəsi yoxdur, olmayacaq, bu, müzakirə olunmur, bunu biz qətiyyətli  şəkildə bəyan etmişik və Rusiya tərəfindən də deyliir,  odur ki,bu barədə danışma heç bir səbəb yoxdur”.

Bunun əvəzində Bakı Yerevanla  sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu bəyan edib. Bu haqda Azərbaycan prezidentinin köməkçisi aparatının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

 O, Soçidə keçirilən üçtərəfli görüşün nəticələrini də müsbət qiymətləndirir.

Moskva  həmçinin razıdır,bu haqda  RF Xarici işlər naziri Sergey Lavrov bildirib. RF Federal Məclisinin Federasiya Şurasında o, deyib:

“Rusiyanın bu cür böhranların həllində açıq-aşkar töhfəsi var. Söz  terrorçuları məğlub etmək, Suriyada siyasi dialoqu təşviq etmək, həmçinin Dağlıq Qarabağda qan tökülməsini dayandırmaq və münaqişənin həlli üçün   Ermənistanla Azərbaycan arasında mübahisəli məsələlərin qalıcı həll yolları tapmaq səylərimizdən gedir”.

Rusiyanın vasitəçilik səylərinin həm siyasi, həm də iqtisadi məqsədləri var.

Moskvada keçirilən İkinci Avrasiya Konfransında RF   Baş naziri Mixail Mişustin logistik problemlər və yollardan danışıb, nəqliyyat birliyinin Aİİ üzvləri üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb və onun beynəlxalq iqtisadiyyatda əsas nəqliyyat qovşağına çevriləcəyinə əmindir.

Artıq müəyyən inkişafların olduğu “Şərq-Qərb” və  “Şimal-Cənub”   beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı yükdaşımaları, o cümlədən Çin və AB ölkələrinin tranzit yük daşımaları üçün əhəmiyyətli dərəcədə artacaqdır.

 “Beynəlxalq okeana çıxışı olmayan Aİİ üzvləri üçün belə qitələrarası nəqliyyat birliyi xüsusi əhəmiyyət kəsb edir”.

Bu il Aİİ-nin ümumi daxili məhsulu 4% artacaq, Rusiya Baş naziri deyir. Beləliklə, “beşlik” ölkələri koronavirus epidemiyasının  nəticələrinin təsirləri dəf etmiş olur.

Mişustin qeyd edib ki, il epidemiyadan əvvəlki səviyyəni keçən pis olmayan göstəricilərlə başa çatır.

Avrasiya Konqresində Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan da iştirak edib. Orada milli valyutalardan danışıb.

“Aİİ daxilində inteqrasiya milli valyutanın ticarətdə payını qarşılıqlı şəkildə artırmadan tam başa çatmayacaq. Bütün bunlar Aİİ ölkələrindən idxal olunan mal və xidmətlərin rəqabət qabiliyyətini artıracaqdır.

Üçüncü valyutadan asılılıq ticarətin ciddi xərclərini nəzərdə tutur. Nəticədə, konversiya xərcləri hesabına mal və xidmətlərə tələbat azalır”.

Ermənistanın Baş nazirinin müavini dekabrın 3-dək Moskvaya ezamiyyətə göndərilib. O, üçtərəfli görüş, Avrasiya assambleyası ilə yanaşı, Avrasiya iqtisadi komissiyası Şurasının və MDB İqtisadi Şurasının iclaslarında da iştirak etməlidir.

Daha çox göstər
Back to top button