BaşlıcaEkonomika

Aİ ekspertləri Ermənistan AES-in 2-ci enerji blokunun istismarının uzadılmasının əsaslandırılmasına müsbət rəy verirlər

Avropa Komissiyasının ekspertlərinin Ermənistan Atom Elektrik Stansiyasının ikinci enerji blokunun istismarının uzadılmasını əsaslandıran sənədlərlə bağlı rəyi Ermənistanın nüvə enerjisi istismarı və nüvə təhlükəsizliyi baxımından düzgün yolda olduğunu təsdiqləyir. “Armenpress”in verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Ermənistan Respublikasının Dövlət Nüvə Təhlükəsizliyi Tənzimləmə Komitəsinin sədr müavini Vahe Grigoryan bildirib.

O, Metsamor AES-in 2-ci enerji blokunun uzunmüddətli istismar təhlükəsizliyini əsaslandıran sənədlərə baxılması üçün ARRA08 proqramının nəticələrinin təqdim edib.

Griqoryanın sözlərinə görə, avropalı ekspertlərin qiymətləndirmələrinə görə, enerji blokunun istismar müddətinin uzadılmasına icazənin verilməsi əsaslıdır.

“Onların gəldiyi nəticələr doğru yolda olduğumuzu təsdiq edir, əmin edirlər ki, təhlükəsizlik bizim üçün prioritetdir, biz təhlükəsizliyə diqqət yetirmişik, qərarlarımız avropalı ekspertlərin qərarlarına bərabərdir, icazəmiz əsaslıdır”,- deyə Vahe Grigoryan vurğulayıb.

Daha çox göstər
Back to top button