ArtsaxBaşlıcaSiyasət

Artsax müharibəsində Türkiyənin iştirakını göstərən daha bir sübut

Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirdi ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) 2020-ci ildə Dağlıq Qarabağda müharibədə fəal rol oynayaraq “güclər balansının formalaşmasına” kömək etdi.

Oktay qeyd etdi ki, MİT xaricdəki fəaliyyəti ilə Türkiyəyə böyük xidmətlər göstərib.

” Təşkilat, Suriya, Liviya, Dağlıq Qarabağ, Əfqanıstan kimi bir çox regionlarda milli maraqlarımızın qorunması istiqamətində mühüm işlər görüb və yerindəcə dövlət siyasətimizə uyğun olaraq ölkəmizin xeyrinə balanslaşdırır”,- deyə o vurğuladı.

Nordicmonitor.com yazır ki, heç kimə sirr deyildir ki, Türkiyə müttəfiqi olan Azərbaycana hərbi yardım göstərdi, lakin müharibə zamanı türk kəşfiyyatının iştirakı ilə bağlı heç vaxt rəsmi bəyanatlar olmayıb.

Məqalədə xüsusilə xatırladılır ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Dağlıq Qarabağda Türkiyə kəşfiyyatından danışıb. O MİT-ə istinadən qeyd etdi ki, Moskvanın suriyalı muzdluların döyüş meydanında iştirakı ilə bağlı təsdiqlənmiş məlumatları var.

Ermənistan həmişə iddia edir ki, Türkiyə kəşfiyyatı vasitəsilə xarici silahlıları Suriyadan, Liviyadan Qarabağa gətirilib, onlar Artsax xalqına qarşı hərbi cinayətlər törətdiblər.

Daha çox göstər
Back to top button