BaşlıcaSiyasət

“Azərbaycan YUNESKO-da mədəni cinayətlərini legitimləşdirməyə çalışacaq”: Davit Babayan

Artsaxın xarici işlər naziri Davit Babayan Sputnik Armenia-ya müsahibədə Azərbaycanın mədəniyyət nazirinin bəyanatına toxunub. Azərbaycanlı nazir “azad edilmiş ərazilərdə mədəniyyət abidələrinin dağıdılmasına görə” Ermənistana qarşı iddia qaldıracağını bildirmişdi.

Babayan qeyd etdi ki, Azərbaycanın bu addımı gözlənilən idi, amma ona görə deyil ki, Ermənistan və ya Artsax belə siyasət aparır, əksinə, erməni tərəfi hətta Artsaxdakı məscidləri təmir etdirdi, onlar isə mədəni dəyərlərimizi məhv ediblər.

Nazir azərbaycanlıların nasist kimi dağdıqları Cuğadakı, Bakıdaki erməni mədəni irsini, Şuşidə raket atəşinə məruz qalmış Qazançətsots kilsəsini və digər vəhşilikləri xatırladaraq, qeyd edib ki, bütün bu mədəni spyqırımıdır.

“Bu həm də xarici aləmin laqeydliyinin, susqunluğunun nəticəsidir, çünki mədəni soyqırımı vaxtında pislənsəydi, bəlkə də belə şeylər baş verməzdi”,- deyə Babayan əlavə etdi ki, Azərbaycan erməni tərəfini işğalçı – mədəni irsin soyqırımını törədən tərəf kimi təqdim etməyə çalışacaq, çünki məqsədi öz hərəkətlərini gizlətməq və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaqdır.

“İkincisi, bölgəmizə nə qədər terrorçu gətirdiyini unudaraq, müxtəlif platformalarda siyasi dividendlər qazanmaq üçün Artsaxı terror ocağı kimi təqdim etməyə çalışacaqdır”.

Azərbaycanın YUNESKO-nun Silahlı münaqişə zamanı Mədəni Mülkiyyətin Mühafizəsi Komitəsinə üzv seçilməsi ilə bağlı məlumatlara toxunan Babayan bu faktı qəribə qiymətləndirib. “Əgər YUNESKO Azərbaycanın cinayət siyasətini legitimləşdirməyi qarşısına məqsəd qoymursa, o zaman qonşu ölkə həmin komitədə yer almaqla özünün mədəni cinayətlərini legitimləşdirəcək”.

Babayanın sözlərinə görə, YUNESKO nümayəndələrinin Artsaxa səfəri ilə bağlı məsələni qapalı hesab etmək olmaz, Artsax tərəfi bu istiqamətdə işləyəcək və hər şey edəcək ki, beynəlxalq ictimaiyyət həmişə erməni mədəni irsin taleyi ilə bağlı məsələlərdən xəbərdar olsun.

Daha çox göstər
Back to top button