Başlıcaİctimaiyyət

Azərbaycanlılar mülki yaşayış məntəqələrinin yaxınlığında olmamalıdır: ER Ombudsmanı

Artsaxda azərbaycanlı hərbçilərin mülki erməniyə qarşı zorakılığı və onun öldürülməsi sübut edir ki, Azərbaycan hərbçiləri həm Ermənistanın, həm də Artsaxın mülki yaşayış məntəqələrinin yaxınlığında olmamalıdırlar. Bu barədə Ermənistanın Ombudsmanı Arman Tatoyan bildirib.

“Bu insident bir daha təsdiq edir ki, Azərbaycan hərbçilərinin Ermənistanda və Artsaxda mülki yaşayış məntəqələrinin yaxınlığında və yollarda olması mülki əhalinin həyat hüququnun pozulması, təhlükəsizliyə birbaşa təhdiddir”, – deyə Tatoyan yazıb.

Xatırladaq ki, dekanrın 3-də saat 13:00 radələrində Martuni rayonunun inzibati ərazisinin yaxınlığındakı neytral zonaya daxil olan Azərbaycan hərbçiləri maldarlıqla məşğul olan 65 yaşlı Seyran Sargsyana hücum edib, sonra onu qətlə yetiriblər.

Tatoyan vurğulayıb ki, Azərbaycan silahlı qüvvələrinin cinayət əməlləri, o cümlədən terror aktları həm Ermənistanda, həm də Artsaxda eynidir və onların mənbəyi Azərbaycan hakimiyyətinin ermənilərə nifrət və düşmənçiliyi təbliğ edən dövlət siyasətidir.

Daha çox göstər
Back to top button