Başlıcaİctimaiyyət

Corc Kluni Türk Hava Yollarının 35 milyon dollarlıq təklifini rədd etdi

Oskarlı aktyor və prodüser bir gündə qazana biləcəyi 35 milyon dollarlıq təklifdən imtina etdi. Bunu aktyor bildirdi. 

“Mənə hava yolu reklamında çəkilmək üçün 35 milyon dollar təklif etdilər, lakin mən bu təklifi Amali ilə danışdım və qərara gəldik ki, buna dəyməz. Aviaşirkət həm müttəfiq, həm də bəzən şübhəli olan bir ölkə ilə əlaqələndirilib”,- deyə Kluni bildirdi.

Bu müsahibədən sonra KİV-lər yazdılar ki, söz “Turkish airlines” haqqında ola bilər. 

Viewfromthewing portalında dərc olunan məqalənin müəllifi yazdı ki, hər halda söz Türk Hava Yolları haqqındadır. 

Daha çox göstər
Back to top button