Başlıcaİctimaiyyət

ER-da istehsal olunan “Sputnik layt” peyvəndi tezliklə istifadəyə veriləcək

Ermənistanda istehsal olunan “Sputnik layt” peyvəndi yaxın vaxtlarda istifadəyə veriləcək və ondan üçüncü, yəni stimullaşdırıcı doza kimi istifadə olunacaq.

“Armenpress”in məlumatına görə, dekabrın 6-da “Likvor” əczaçılıq şirkətinə səfərdən sonra bu barədə ER səhiyyə və iqtisadiyyat nazirləri məlumat veriblər.

Digər peyvəndlər kimi, dövlət bu peyvəndi alacaq və vətəndaşlar onu pulsuz əldə edəcəklər.

“Likvor” QSC-nin baş direktoru Sergey Matevosyan qeyd edib ki, Ermənistanda peyvəndin istehsalının reallaşması üçün nazirliklərin Rusiyanın Birbaşa İnvestisiya Fondu ilə əməkdaşlıq etməsindən çox məmnundurlar.

İqtisadiyyat naziri Vahan Kerobyanın sözlərinə görə, prosesə başlayarkən onlar həm də hasilatın həcmini artıracaq ixrac imkanlarını nəzərdə tuturdular. Bu gün ixrac müqavilələri yoxdur, amma bir sıra ölkələrlə müzakirələr aparılır.

Daha çox göstər
Back to top button