Başlıcaİctimaiyyət

Azərbaycanda polis “Tərtər işi” üzrə mühakimə olunanların qohumlarının aksiyasının qarşısını alıb

Bu gün Azərbaycanda “Tərtər işi” üzrə məhkumların ailə üzvləri və qohumları ittihamlara yenidən baxılması tələbilə Prezident Administrasiyası qarşısında etiraz aksiyası keçirməyə cəhd ediblər.

Turan yazır ki, aksiya iştirakçıları Prezident Administrasiyasına gediblər. Lakin gücləndirilmiş polis dəstələri və Daxili İşlər Nazirliyinin çevik polis alayı onların qarşısını kəsib.

Polis etirazçıların iki nümayəndəsinə Prezident Administrasiyasına keçməyi təklif edib. Amma oradan onları geri qaytarıblar. Aksiya iştirakçılarının müraciətini götürən polislər onları metro stansiyasının içərisinə doğru sıxışdırıblar. Adamlar polislərin hərəkətlərindən qəzəblənib.

Daha çox göstər
Back to top button