
Bölgədə kommunikasiyaların mümkün baçılması Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiyası və demarkasiyası ilə bağlı deyildir. Bu barədə Mher Qrigoryan “ТАСС”-a müsahibəsində bildirdi.
“Biz üç ölkə liderinin Soçidəki bəyanatını izləyirik, razılaşmaya əsasən Ermənistan-Azərbaycan sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsini artırmaq üçün addımlar atmağa və delimitasiya üzrə ikitərəfli komissiyanın yaradılması istiqamətində fəaliyyətə razılaşmışıq. Burada Rusiya məsləhətçi tərəf kimi çıxış edəcək. Lakin bu məsələ heç bir halda regionda mümkün nəqliyyat kommunikasiyalarının açılması ilə əlaqəli deyil”,- deyə Qrigoryan qeyd etdi.
Ermənistanın baş nazirinin müavini onu da əlavə edib ki, Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin nəqliyyat kommunikasiyalarının açılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində ekspert alt qrupu yaradılıb.
“Hələ ki, bu məsələlərin yekun tənzimlənməsi ilə bağlı heç bir müzakirə aparılmayıb”,- Baş nazir müavini vurğuladı.







