BaşlıcaSiyasət

Hazırda tam həll yoxdur: Semerikov Ermənistan-Azərbaycan münaqişəsinə toxunub

Bütün postsovet məkanında KTMT-yə üzv dövlətlərə qarşı təhdidlər davam edir. Bunu Sputnik-ə müsahibəsində KTMT baş katibinin müavini Valeri Semerikov deyib.

Onun sözlərinə görə, cənub istiqaməti, siyasi və hərbi baxımdan həmişə sakit olmayan Qafqaz, Ukrayna, qərb sərhədləri risk zonasındadır. Şərqi Avropa ölkələrində NATO-nun hərbi potensialının genişlənməsi göz qabağındadır.

Əgər Qafqaz regionundan danışsaq, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı vəziyyət nisbətən sabitləşib, lakin Semerikovun sözlərinə görə, bu gün problemin tam həllindən danışa bilmərik.

Əsas maneələr sərhədlərin, hərbi əsirlərin problemi və bir sıra digər məsələlərdir ki, bu da Rusiya, Ermənistan və Azərbaycan liderlərinin imzaladığı üçtərəfli razılaşmada öz əksini tapıb.

“Eyni zamanda, ənənəvi çağırışlar və təhdidlərdən danışmalıyıq: beynəlxalq terrorizm, ekstremizm, narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya, kiber-informasiya təhlükəsizliyi”, – deyə Semerikov qeyd edib.

Daha çox göstər
Back to top button