Başlıcaİctimaiyyət

Ermənistanın Ombudsmanı Parisdə Azərbaycanın davamlı soyqırımı siyasətindən danışıb

Dekabrın 6-da ER Ombudsmanı Arman Tatoyan Parisin Théâtre du Palais-Royal-da Fransanın Erməni Milli Komitəsi və Aİ deputatlarının təşkil etdiyi tədbirdə çıxış edib.

Tatoyanın sözlərinə görə, tədbirdə 500-dən çox erməni diaspor təşkilatlarının rəhbərləri, erməni icmasının nümayəndələri və Fransanın dövlət xadimləri iştirak ediblər.

“Məruzədə müharibədən sonra insan haqlarının pozulması, Azərbaycanın davam etdirdiyi soyqırımı siyasəti, o cümlədən Ermənistan sərhədyanı sakinlərinin hüquqlarının müdafiəsi üçün Azərbaycan hərbçilərinin Ermənistan kəndlərindən və yollarından çıxarılmasını tələb etdiyindən ətraflı danışdım”,- deyə Arman Tatoyan öz Facebook səhifəsində yazıb.

Daha çox göstər
Back to top button