BaşlıcaSiyasət

Nikol Paşinyan Ermənistanın bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasında maraqlı olduğunu bir daha vurğulayıb

Ermənistan Respublikası regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasında maraqlıdır və hazırdır. Bunu ER Baş naziri Nikol Paşinyan Parlamentdə hökumət üzvləri ilə sual-cavab iclasında deyib.

“Ermənistan Respublikası hazırdır, regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasında maraqlıdır və başa düşür ki, Azərbaycanın Ermənistan Respublikasının ərazisindən keçməklə Naxçıvanla dəmir  və avtomobil yolu əlaqəsi olmalıdır, Ermənistan Respublikasının isə Azərbaycan ərazisindən keçməklə İran İslam Respublikası və Rusiya Federasiyası ilə dəmir yolu əlaqəsi, eləcə də Azərbaycan ərazisindən Rusiya Federasiyası ilə avtomobil əlaqəsi olacaq.

Biz bu məntiqin həllinə getməliyik və düşünürük ki, təklif etdiyimiz, Xarici İşlər Nazirliyinin dünənki bəyanatında qeyd etdiyimiz şeylər ölkəmizin maraqlarına tam uyğundur”, – deyə Paşinyan yekunlaşdırıb.

Daha çox göstər
Back to top button