BaşlıcaSiyasət

Palon Azərbaycan prezidentinin aqressiv davranışının qarşısını almaq üçün sərt diplomatiyadan istifadə etməyə çağırır

ABŞ konqresmeni Frenk Palon Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanı hədələyən bəyanatlarına toxunub.

Palon “Twitter” mikrobloqunda yazıb ki, Əliyev Ermənistana qarşı zorakılıq təhdidlərini səsləndirmək üçün media mikrofonundan istifadə edir.

“O, açıq şəkildə danışıqlar yolu ilə sülh əldə etməkdə maraqlı olmayan pis niyyətli bir aktyordur”, – deyə kenqresmen öz yazısında qeyd edib.

Palon ABŞ Dövlət Departamentini və digər dünya liderlərini Azərbaycan prezidentinin davranışının qarşısını almaq üçün addımlar atmağa və sərt diplomatiyadan istifadə etməyə çağırıb.

Daha çox göstər
Back to top button