
Ermənistanın Birgə İnformasiya Mərkəzinin yaydığı bəyanatda deyilir ki, Azərbaycanın təbliğat platformalarından əsir götürülmüş, itkin düşmüş erməni hərbçilərinin yaxınlarına ünvanlanan mesajlar Ermənistan cəmiyyəti arasında mənəviyyatsızlaşdırıcı və ruhdan salan təbliğat aparmaq məqsədi daşıyır.
“Biz Ermənistan Respublikası vətəndaşlarını Azərbaycan təbliğat maşınının növbəti cəhdinə təslim olmamağa, video mesaj və ya ərizə göndərməməyə çağırırıq”,- deyə məlumatda qeyd olunur.







