
Soçi danışıqlarından sonra Moskva iki dövlətin sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə Ermənistan və Azərbaycan nümayəndə heyətlərinin tezliklə formalaşdırılmasını gözləyir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Həm Yerevan, həm də Bakı ilə əlaqələrdə biz həmin razılaşmaların ardıcıl surətdə icrası, o cümlədən sərhədyanı mübahisələrin nizamlanması, Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpası üzərində çalışırıq”,- deyə Zaxarova bildirdi.
O qeyd etdi ki,Rusiyanın konsultativ köməyi ilə Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və daha sonra demarkasiyası üzrə ikitərəfli komissiya yaradılmalıdır.
Zaxarova həmçinin bildirib ki, dekabrın 8-də Rusiya və Ermənistan xarici işlər nazirləri arasında telefon danışığı zamanı Soçi razılaşmalarının icrası müzakirə olunub.







