BaşlıcaSiyasət

“3+3” formatı münaqişələrin həlli mandatı olan formatların fəaliyyətinin təkrarlanmasından çəkinməlidir

Dekabrın 10-da Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin dəvəti ilə Moskvada regional məsləhət platformasının yaradılmasına yönəlmiş ilk iclas keçirilib və bu toplantıda Ermənistan, Rusiya, İran, Azərbaycan və Türkiyə nümayəndələri iştirak ediblər.

ER Xarici İşlər Nazirliyindən bildirilib ki, görüşdə iqtisadiyyat, nəqliyyat, mədəniyyət və humanitar sahələrə aid məsələlər də daxil olmaqla, mümkün regional əməkdaşlıq prespektivi müzakirə edilib.

ER xarici işlər nazirinin müavini Vahe Qevorqyan Ermənistan tərəfinin mövqeyini bir daha təsdiqləyib ki, regional məsləhət platformasının gündəliyi regional əməkdaşlığın qarşılıqlı faydalı gündəliyin yaradılmasına yönəlməlidir və münaqişələrin həlli mandatı olan formatların fəaliyyətinin təkrarlanmasından çəkinməlidir.

“Regiondakı bütün ölkələrin hüquqlarına hörmət edilməsi və cəlb edilməsi zərurəti əsasında məsləhətləşmələrin davam etdirilməsi ilə bağlı razılıq əldə olunub”, – deyə məlumatda bildirilir.

Daha çox göstər
Back to top button