
İtaliyanın “Rai 1” telekanalının jurnalisti Stefania Batistini Azərbaycanın ermənilərə qarşı törətdiyi vəhşilikləri əks etdirən və 44 günlük Artsax müharibəsindən bəhs edən bədii film çəkib.
ER Ombudsmanı Arman Tatoyan öz Facebook səhifəsində filmin çəkilişindən kiçik bir hissə yerləşdirib.
“Azərbaycan hərbçiləri cəzalandırılmayacaqlarına əmin olaraq vəhşiliklər törədib, ermənilərin başlarını kəsib, qətlə yetirilmiş insanların meyitlərini kəsib və bunu üzləri açıq şəkildə ediblər. Daha sonra sosial şəbəkələrdə bununla bağlı video və ya fotolar yayıblar”,-deyə o qeyd edib ki, müharibə zamanı Artsaxa və Ermənistana qarşı cihadçılar və terrorçulardan istifadə edilib,
Ombudsman vurğulayıb ki, günahkarlar və cinayətkarlar cəzalandırılmasa, bu hərbi cinayətlər və vəhşiliklər yeni, daha ağır cinayətlər doğuracaq.







