BaşlıcaSiyasət

ER nümayəndə heyəti BMT-nin korrupsiyaya qarşı konfransı zamanı Azərbaycanın təşkil etdiyi antierməni tədbirinin qarşısını alıb

Dekabrın 13-17-də Şarm Əl-Şeyxdə (Misir) keçirilən BMT-nin Korrupsiyaya Qarşı Konvensiyasının 9-cu konfransı zamanı Azərbaycan nümayəndə heyəti özlərində endemik korrupsiyanın təzahürlərinə toxunmaq əvəzinə Ermənistanın, Artsaxın və diasporun təşkilatlarını və ayrı-ayrı şəxslərini gözdən salmağa çalışıb.

Armenpress-in xəbərinə görə, Azərbaycan nümayəndə heyətinin təşkil etdiyi “Misuse of fund raising activities for corruption and related criminal purposes” adlı tədbirin məqsədi erməni təşkilatlarını terrorizmi maliyyələşdirən qurumlar kimi qələmə vermək və Artsax xalqının öz müqədərratını təyin etmə hüququndan istifadəsi separatizm və terrorizm kimi təqdim etmək idi.

Baş prokuror Artur Davtyanın başçılıq etdiyi iclasda iştirak edən Ermənistan nümayəndə heyəti Azərbaycan təbliğatına qarşı bir sıra addımlar atıb.

İclasda fiziki olaraq çox az əcnəbi iştirak edib və onlar ER nümayəndə heyətinin çıxışından dərhal sonra zalı tərk ediblər.

Daha çox göstər
Back to top button