BaşlıcaSiyasət

Erməni əsirlərinə qarşı humanitar hüququn pozulması halları AŞ baş katibinə təqdim edilib

ER ədliyyə naziri Karen Andreasyan İtaliyada Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç ilə görüşüb.

Nazir Azərbaycanda qanunsuz saxlanılan erməni əsirlərə qarşı Azərbaycan tərəfindən beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmaları, əsirlərin qaytarılmasından imtina edilməsi, çoxsaylı itkin düşmələr, məhkəmədənkənar qətllər barədə məlumat verib.

Karen Andreasyan Avropa Şurasının baş katibindən erməni əsirlərin dərhal vətənlərinə qaytarılması üçün Avropa Şurası çərçivəsində bütün mövcud strukturların fəaliyyətini davam etdirməyi xahiş edib.

Görüşün sonunda nazir ədliyyə sahəsində genişmiqyaslı islahatların gündəliyindəki prioritetləri də baş katibə təqdim edib.

Daha çox göstər
Back to top button