
Ermənistanın bütün tarixi ərzində miqrant-emiqrantların müsbət saldosu yalnız bir dəfə, 2020-ci ildə qeydə alınıb (+3000 nəfər). Bu barədə dekabrın 15-də keçirilən müzakirədə Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin Miqrasiya Xidmətinin rəhbəri Armen Ğazaryan məlumat verib.
Onun sözlərinə görə, bu, epidemiya ilə bağlıdır. “Ümumiyyətlə, emiqrant-miqrantlar baxımından mənfi saldoda azalma 2017-ci ildən müşahidə olunur”, – deyə o əlavə edib.
Onun sözlərinə görə, son vaxtlar əmək miqrantlarının axını müşahidə olunur. Ermənistanda əmək miqrantlarının əksəriyyəti Rusiya vətəndaşlarıdır.
Hindistan, İran və Tacikistandan da çoxlu əmək miqrantları var.







